Öldü hesab edilən qadın 11 il sonra ortaya çıxdı - FOTO

DÜNYA
17:13 03.05.2013
2744

2 övlad anası amerikalı qadın öldüyü hesab ediləndən 11 il sonra yenidən ortaya çıxıb.AZXEBER.COM-un Türkiyə mətbuatına əsasən verdiyi məlumata görə, polisin dediyinə görə, qadın 11 il müddətində körpülərin altında yaşayaraq zibil qablarındakı qidalarla həyatda qalıb.

2002-ci ildə ərindən boşanan qadın məhkəmənin ona təzminat verməyəcəyini öyrəndikdən sonra 2 övladını buraxaraq ailəsini tərk edib.

Qeyd edək ki, Florida ştatında yaşayan Heist əri ilə boşandıqdan sonra qeydiyyata ölü olaraq keçmişdi.

Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR