İsrail prezidenti oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı görüntüləri ortaya çıxan alman vətəndaşı olan tatu ustası Şani Loukun necə öldürülməsinin təfərrüatlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın hücumu günü ortaya çıxan videoda görünən alman turist Şani Lukun taleyi bəlli olub.
Oktyabrın 7-də sosial mediada paylaşılan videoda Luka aid olduğu güman edilən qadının maşında aparıldığı görülüb.
Huşsuz olduğu düşünülən Lukun ayağının tərs vəziyyətdə olması və yarıçılpaq olması gündəmdə olan mövzu olub.
Həmin videoda HƏMAS yaraqlılarının Luka tüpürdükləri və təhqir etdikləri görülüb.
23 yaşlı gənc qadının ailəsi əvvəlcə qızlarının sağ olduğuna inandıqlarını desələr də, dünən Lukun öldürüldüyü açıqlanıb.
Lukun anası Rikarda Almaniyanın RTL/ntv mediasına danışıb:
"Heç olmasa əziyyət çəkmədi. Qızımın cəsədi hələ tapılmayıb, lakin onun kəllə sümüyünün bir parçası tapılıb və DNT analizi zamanı onun qızıma aid olduğu məlum olub”.
Mikayıl