22:24 Bazar Günü, 17 Noyabr 2019
SOSİAL

Öldürülən Cavid Hacıyevin anası: Dostu onun cəsədini 5 gün təhqir edib

17:51, 08.11.201963374
Öldürülən Cavid Hacıyevin anası: Dostu onun cəsədini 5 gün təhqir edib
"Bu gün oğlumun qəbiristanlığında idim... Belə bir parlaq insanı necə öldürmək olardı?! O, heç vaxt heç kimlə mübahisə etmir və hər şeyə özü nail olmuşdu..."

AZXEBER.COM xəbər verir ki, bu sözləri Ukraynada dostu tərəfindən qətlə yetirilmiş Cavid Hacıyevin anası Mina Hacıyeva "media.az" saytına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, oğlunun ölümü ilə barışmaq dözülməz olsa da, qatilin hələ də azadlıqda gəzməsi onu özündən çıxarır:

"Mən onların oğlunun şəklini dərc edirəm və onu qatil adlandırıram. Amma Əli təqsirli deyilsə, niyə qaçıb və əlaqə yaratmır? Onların əsas məqsədi hər şeyin sakitləşməsi və cinayətin cəzasız qalmasıdır. Qətl ərəfəsində Əli Cavidi Kiyevə dəvət edib. Həmin vaxt oğlum Almaniyada təlimlərdə idi, sonra dostları ilə Belçikaya getmişdi. Daha sonra Frankfurtdan Bakıya uçmalı idi. 

Əli təcili olaraq Kiyevə gəlməyi tələb edib, bundan sonra Avropaya maşınla getməyə hazırlaşıblar. Oğlumun daha iki həftəlik tətili var idi. Sonradan məlum oldu ki, Əlinin Şengen vizası yoxdur və Cavidi Ukraynaya gətirmək ona çox vacib idi. Düşünürəm ki, dostu vəhşicəsinə qətl törədib və onun cəsədini beş gün təhqir edib. Bunu normal bir insan necə edə bilər?! Hesab edirəm ki, bu, hazırlanmış, qəddar və qəsdən törədilmiş bir qətldir".
XƏBƏR LENTİ