Öldürülən israilli məhbusun atası Netanyahuya od püskürdü: "O, bizim liderimiz deyil"

Öldürülən israilli məhbusun atası Netanyahuya od püskürdü: "O, bizim liderimiz deyil"
DÜNYA
12:42 20.12.2023
167
İsrailin Qəzzada təsadüfən öldürdüyü məhbuslardan biri Alon Şamrizin atası hökumətə sərt reaksiya verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, NBC News-dan Halli Ceksona danışan ata Şəmriz hökumətin HƏMAS-a oğlunu oktyabrın 7-də aparmasına icazə verdiyini, dekabrın 14-də isə oğlunu öldürdüyünü danışıb.
 
Netanyahu hökumətinin ölkəyə xidmət etmək iqtidarında olmadığını vurğulayan Şamriz sərt açıqlamasında deyib:
 
"Onlar ölkə, cəmiyyət olaraq bizə layiq deyillər. Onlar bizim liderimiz deyil. Onlar yalnız özlərini, kreslolarını və ciblərini düşünürlər".
 
Qəzzada əsir götürülən israillilərin geri qaytarılması üçün hökumətin heç bir səy göstərmədiyini deyən Şəmriz üsyan edib. 

Qeyd edək ki, İsrail ordusu dekabrın 15-də blokadada olan Qəzzada 3 israilli məhbusu təsadüfən öldürdüyünü açıqlayıb. Öldürülən məhbuslardan 26 yaşlı Alon Şamrizin ailəsi oğullarının şəhid kimi qeydə alınmasını istəyib, lakin İsrail mediası bu tələbin ordu tərəfindən rədd edildiyini yazıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR