Türkiyənin Muğla vilayətində vəhşicəsinə qətlə yetirilən Cansu Qayanın ekspertiza rəyi qan dondurub.
Türkiyəyə Özgəcan travmasını yenidən yaşadan Qayanın qatilləri gənc qızı öldürdükdən sonra ona təcavüz edib.
Həm oxuyub, həm də işləyərək ailəsinə maddi dəstək göstərən qızı ofisant işlədiyi restorandan çıxdıqdan sonra görən olmayıb.
İşdən çıxan qızın cəsədi 3 gün sonra Dalyanda su kənarında tapılıb
Ekspertiza rəyi şok detallar üzə çıxarıb.
Onun bədənindən dırnaq izləri tapılıb.
Ekspertiza rəyinə görə qızın boynundakı yaraların yaranma vaxtı ilə onun təcavüz olunma vaxtı başqa olub.
Buna görə, gənc qızının öldürüldükdən sonra təcavüzə uğradığı məlum olub.
Qayanın meyitinin yarılma hesabatında boğulub təcavüzə uğradığı təyin olunub.
Hadisənin ardından gənc qızla ən son görüşən N.D. və M.P.C. adlı şəxslər polis tərəfindən nəzarətə alınıb.//atv.az