Natali Qule: “Belə hadisənin parlament yaşanması yolverilməzdir”
Frasanın “Le Monde” qəzeti Fransa parlamentində azərbaycanlı tələbələrin döyülməsindən yazıb. Qəzetin yazdığına görə, ermənipərəstlər 1988-ci ildə Sumqayıtda baş verən hadisələrin ildönümünü qeyd etmək üçün toplaşıblar. İki azərbaycanlı isə bildirib ki, onlar Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsini istəyirlər. Nəticədə insident baş verib və azərbaycanlılar döyülüb. Döyülən azərbaycanlılar demokratlar və müstəqil deputatların toplantısının keçirildiyi başqa zala sığınmalı olublar. İclasda iştirk edən Filipp Vijye faktı təsdiqləyib: “Onlar stres vəziyyətində idilər, xəsarətlər almışdılar”. “Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov insident yerinə gəlib və günahkarların cəsalandırılmasını tələb edib. Fransadakı erməni təşkilatlarının Koordinsiya Şurası isə səfirin hadisədən bir neçə dəqiqə sonra parlament binasına gəlməsini şübhəli hesab edir. Qurum iddia edir ki, baş verənlər azərbaycanlıların təxribatı olub”. Qondarma “erməni soyqırımı” iddialarının inkarının cinayət hesab edilməsi ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye də döyülən tələbələri təxribatda günahlandırıb. Mərkəzçi senator Natali Qule isə azərbaycanlı tələbələrin döyülməsinə etiraz edib. Onun sözlərinə görə, belə hadisənin parlament yaşanması yolverilməzdir.