Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib

Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
DÜNYA
19:35 28.03.2024
151
Fransa parlamentindəki sağçı "Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen Fransa hökumətinin büdcə kəsirini azaltmaq üçün ölkə vətəndaşlarının "ciblərinə girmək” niyyətində olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə "X” sosial şəbəkəsindəki hesabında işsizlər üçün gözlənilən sosial təminat islahatına münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, Fransada işsizliklə bağlı islahat fırıldaqçılıqdır.

Siyasətçi əlavə edib ki, sistem artıq yaxşı işləyir və buna görə də islahatlara ehtiyac yoxdur.
OXŞAR XƏBƏRLƏR