Avropanın nüfuzlu "MTV Europe Awards" musiqi mükafatı öz sahiblərini tapdı. Bu dəfə məşhur Amerikalı müğənni Ledi Qaqa əsas mükafatları aparıb. Ledi Qaqa ən yaxşı qadın ifaçı nominasiyasında qalib olub, həmçinin ən yaxşı mahnı nominasiyasında "Born this way" mahnısıvə ən yaxşı klip nominasiyasında mükafatı əldə edib. Ekstravaqant müğənni konkursun yeni nominasiyası olan «"ən sadiq pərəstişkarlar" üzrə də qalib olub. Ledi Qaqa bu mübarizədə Beyons, Cenifer Lopez və Keti Perrini geridə qoyub. Keti Perri ən yaxşı canlı ifaya görə MTV mükafatını əldə edə bilib. Ən yaxşı kişi ifaçı nominasiyasında isə kanadalı gənc müğənni, Birləşmiş Ştatlar yeniyetmələrinin sevimlisi Castin Biber qalib gəlib. 2010-cu ildə "İlin kəşfi" nominasiyasında seçilən Castin Biber, bu il bunun təsadüfi olmadığını sübut edib.