Ledi Qaqa yenə edəcəyini etdi - FOTOLAR

MAQAZİN
16:10 30.08.2013
9672

Dünyanın ən ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa dünən Britaniyanın paytaxtı Londonda idi.

Bazar günü başlanacaq İTunes musiqi festivalında şousuna hazırlaşan 27 yaşlı müğənni həmişəki kimi, bu dəfə də "performans"ından qalmayıb.

Oteldən çıxan Ledi Qaqanın əynində qəribə libas vardı.

Qara rəngli şəffaf strinqdə olan Ledi Qaqa don, yubka və ya şalvar geyməmişdi. Bunun müqabilində onun başında böyük şlyapa vardı. Müğənninin üzünü arıçı toruna bənzəyən qara tül örtürdü.

Ledi Qaqa oteli tərk edəndən sonra LH2 studiyasına yollanıb.//milli.az

 

OXŞAR XƏBƏRLƏR