Bakıda "Lego Mego” uşaq əyləncə mərkəzində bütün yaş qrupuna aid uşaqlar üçün 1 000-dən çox leqo ustad dərsi ödənişsiz olaraq təqdim olunur.
Azərbaycanda komfort və əyləncəni bir mühitdə təqdim etməklə bir yeniliyə imza atan "Lego Mego” bununla həm uşaqları, həm də valideynləri sevindirir.
"Ganjlik Mall”da fəaliyyət göstərən "Lego Mego”da uşaqlar öz xəyal dünyalarını başdan qurarkən həm də yaradıcı bacarıqlarını inkişaf etdirirlər. Leqo qurmaqla uşaqlar kiçik motorika bacarıqlarını təkmilləşdirərək səbirli olmağı da öyrənirlər.
Mərkəzdə uşaqların öz dünyalarını qura biləcəkləri qədər, yəni 500 kq-dan çox leqo detalları mövcuddur.
Uşaqlar mərkəzdə "LEGO City”, "Harry Potter”, "Marvel Super Heroes” və daha çox sevimli qəhrəmanlardan ibarət leqolarla öz əyləncəli oyunlarını oynaya biləcəklər.
Həmçinin "Lego Mego”da uşaqların iştirak edə biləcəkləri master-klaslar da həyata keçirilir.
"Lego Mego” valideynlərin komfortunu da unutmur. Belə ki, valideynlər uşaqlarını mərkəzdə qoyub arxayın şəkildə öz alış-verilişlərini edə bilərlər.
Onlar müntəzəm olaraq smart telefonlarında videomüşahidə kameraları vasitəsilə övladlarını canlı şəkildə izləyə bilərlər.
"Instagram”: @legomego.baku
Ünvan: "Gənclik Mall” - 3-cü mərtəbə ("CinemaPlus” kinoteatrının ərazisi)