İngiltərədə 2 il əvvəl vəfat etmiş ərindən uşaq doğmaq istəyən qadın süni mayalanma yolu ilə arzusuna çatmaq istəyirdi. O, niyyətini reallaşdırmaq üçün məhkəmədəki prosesi də qazanıb.
Birmingem şəhərinin sakini, 28 yaşlı fizioterapevt Bet Uorrenin iddiasına baxan London Kral Ali Məhkəməsi qadına niyyətini gerçəkləşdirməyə icazə verib.
Onun əri Uorren Breuer 32 yaşında dünyasını dəyişmişdi.
"Ərimin sperminin saxlandığı mərkəzə müraciət edəndə dedilər ki, onu məhv etmək istəyirlər. Lakin məhkəmə qərarından sonra həmin mərkəz artıq 7 illik saxlanma müddətinə təminat verməlidir. Nə olursa-olsun, ərimdən uşaq doğacaam", - Bet Uorren deyib.
8 il qeyri-rəsmi nikahda yaşayan Bet və Uorren 2011-ci ilin dekabrında toy etmişdilər. Toydan 6 həftə sonra Uorren vəfat etdi, Bet də ərinin adını özünə soyad götürdü.
1997-ci ildə İngiltərəjdə Dayana Blud adlı qadın ölmüş ərindən süni mayalanma yolu ilə iki uşaq doğmuşdu.(milli.az)

