Ölən qardaşları ilə 1 il bir evdə yaşayıblar: Dəhşətli hadisə

MARAQLI
14:29 27.10.2021
1047
Ölən qardaşları ilə 1 il bir evdə qalıblar.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında bir evə gedən polislər içəridə 3 azyaşlı uşağı tək tapıb. Axtarışlar nəticəsində hadisənin qan donduran təfərrüatları üzə çıxıb.

7, 10 və 15 yaşlı üç uşaq evlərində skelet tapılıb. Uşaqlar dərhal sosial işçilər tərəfindən nəzarətə götürülüb.
 
İstintaqın gedişində hadisənin təfərrüatları üzə çıxıb. Məlum olub ki, evdə 1 ildir ki, meyit saxlanılır. 

9 yaşında vəhşicəsinə qətlə yetirilən oğlanın 15 yaşlı qardaşı bazar günü polisə zəng edərək qardaşının bir il əvvəl öldüyünü və o vaxtdan bəri evdə onlarla birlikdə olduğunu bildirib.

Məlum olub ki, uşaqların qaldığı mənzilin işığı kəsilib, qonşusu uşaqlara yemək verməkdə köməklik edirmiş.

7 və 10 yaşlı qardaşların qidalanmaması səbəbindən səhhətlərində problemlər olduğunu və bədənlərində çapıqlar olduğunu anlayan polislər uşaqları xəstəxanaya aparıb və onların müalicəsini təmin edib.

Faktla bağlı araşdırmalar davam edir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR