Leninin mavzoleyi bağlanır

MARAQLI
12:01 27.12.2011
2028

Vladimir İliç Leninin cənazəsinin saxlanıldığı mavzoley gələn il yanvarın 1-dən ziyarətçilərin üzünə bağlanacaq.

Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər. Mavzoleyin bağlanmasının səbəbi və müddəti açıqlanmır. Xatırladaq ki, mavzoley 2011-ci ilin fevralında proflaktik işlərin aparılması ilə əlaqədar olaraq, 2 ay müddətinə bağlanmışdı.

OXŞAR XƏBƏRLƏR