Leninqradda iki qatar relsdən çıxıb, maşinist ölüb

Leninqradda iki qatar relsdən çıxıb, maşinist ölüb
DÜNYA
14:25 14.09.2025
577
Rusiyanın Leninqrad vilayətində iki qatar relsdən çıxıb.

Hadisə Lujski rayonunda Stroqanovo-Mşinskaya "pereqon"unda baş verib.

Nəticədə 15 vaqonlu teplovoz relsdən çıxıb. Ölən və yaralananların olmadığı bildirilib.

Leninqrad vilayətinin qubernator Aleksandr Drozdenko bildirib ki, müstəntiqlər təxribat versiyasını nəzərdən keçirirlər.

Vilayətin Qatçina rayonundakı Semrino stansiyası yaxınlığında tək teplovoz da relsdən çıxıb. Maşinist kabinədə sıxılmış vəziyyətdə qalıb. O, təcili yardım maşınında dünyasını dəyişib.
 
///apa
OXŞAR XƏBƏRLƏR