Lənkəran- Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb.
///report
15.58
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən Rüstəmov Sahil Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış.
S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub.
AzTU-nun mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Rüstəmov Sahil Sədaqət oğlu universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekomnikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sesiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahil doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahilin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir".