Lənkəran şəhərində iki yaşlı uşaq xəstəxanada ölüb.
Bəleton kənd sakini, 2015-ci il təvəllüdlü Ağazadə Ayan Teyyub qızı səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, iki yaşlı A.Ağazadəyə astmatik status (kəskin nəfəs çatışmazlığı) diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin uşağın valideynlərinin həkimə gec müraciəti səbəbi ilə A.Ağazadə xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
///report