Lənkəranda avtomobil 18 yaşlı qızı vurub

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub
SOSİAL
21:18 30.09.2023
165

Lənkəranda minik avtomobili 18 yaşlı qızı vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həzi Aslanov xiyabanında baş verib. Nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən Lənkəran rayonunun Şıxakəran kənd sakini 2005 - ci il təvəllüdlü Fatimə Kəramət qızı Quluzadəni vurub. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və dəqiqləşdirilməmiş koma diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR