Lənkəranda azyaşlını maşın vurub.
AZXEBER.COM APA-nın cənub bürosuna istinadən cəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Hərəkətdə olan "QAZ-3110" markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub. Azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.