Bağçada müəllim şagirdi su qabı ilə vurdu - Araşdırma başladı - Video

Bağçada müəllim şagirdi su qabı ilə vurdu - Araşdırma başladı - Video
SOSİAL
09:52 29.05.2025
509
Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən "Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.

OXŞAR XƏBƏRLƏR