Lənkəranda çörək bişirən zaman təndirə düşən qadın yanaraq ölüb

Lənkəranda çörək bişirən zaman təndirə düşən qadın yanaraq ölüb
SOSİAL
21:17 23.03.2018
2773

Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb.

Hadisə rayonun Aşağı Təngivan kəndində baş verib.

Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.

Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

///Reportt.az

OXŞAR XƏBƏRLƏR