Lənkəranda dəhşət: 18 yaşlı ana bətnindəki körpəsini öldürdü

Lənkəranda dəhşət: 18 yaşlı ana bətnindəki körpəsini öldürdü
SOSİAL
10:05 11.12.2018
6816
Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR