Lənkəranda dördmərtəbəli inzibati binada yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən bildirilib.Məlumata görə, hadisə bu gün saat 11 radələrində 10-a yaxın dövlət idarəsinin yerləşdiyi binada qeydə alınıb.Hadisə yerinə dərhal 3 yanğınsöndürən maşın cəlb olunub. Onlar yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı ala biliblər. Yanğın nəticəsində binanın çardağı 1,5 kv.m sahədə yanıb. İlkin versiyaya görə yanğının elektrik naqqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilir.Qeyd edək ki, şəhərin mərkəzində yerləşən binada təhsil şöbəsi, şəhər bələdiyyəsi, Yazıçılar Birliyinin zona bölməsi, Beynəlxalq Bankın rayon filialı və daha bir neçə dövlət idarəsi fəaliyyət göstərir. Yanğın təhsil şöbəsinin yerləşdiyi mərtəbədə meydana gəlib.Faktla bağlı Lənkəran rayon yanğına nəzarət hissəsində araşdırma aparılır.