Lənkəranda hamilə gəlindən tükürpədici cinayət

Lənkəranda hamilə gəlindən tükürpədici cinayət
SOSİAL
16:34 23.05.2016
2025
Lənkəranda bir neçə gün evlərindən oğurluq edilən hamilə gəlin itkin düşüb.
19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. Qəribə hadisə də elə Lənkəranda baş verib.
Polisə gənc gəlinin itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatalığa səbəb isə itkin düşən qadının hamilə olması, ona qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmaması idi. Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb.
Əməliyyat tədbirləri zamanı məlum olur ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də dalbadal həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib. Bildirilib ki, həmin pul ödənilməsə, "patron"un sifarişi ilə hamilə qadın öldürüləcək.
Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılmağa başlayıb.
Sən demə, bütün Lənkəranı şoka salan hadisənin - hamilə qadına qarşı quldurluq törədilməsinin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hicablı hamilə qadına heç də dediyi kimi özünü "Azərsu" əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyiblər. Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü özünə küt alətlə xəsarətlər yetirib, əl-qolunu və ayaqlarını da skoçla bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub.
Xoşbəxtlikdən körpə tələf olmasa da gənc ananın bu oyunları nə səbəbə qurması hələ ki, bəlli deyil. İndi Lənkəranın hüquq mühafizə orqanları yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini - qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır.
Artıq Lənkəran Rayon Prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi də başlanıb.
///anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb