Lənkəranda keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb

Lənkəranda keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb
SOSİAL
14:15 08.05.2021
661
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Baş Cinayət Axtarışı və Baş Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhərində həyata keçirilən birgə tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən,əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunan Zamin Hüseynov saxlanılıb.

Onun Lənkəran şəhərində yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqram 364 qram olan narkotik vasitə, o cümlədən 1 kiloqram 370 qram heroin, 2 kiloqram 850 qram tiryək, 440 qram həşiş, 1 kiloqram 704 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında biləvasitə istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilib.

Həmçinin Zamin Hüseynovun mənzilindən satışı və istifadəsi qəti qadağan edilən ümumi sayı 7035 ədəd olan güclü təsiredici vasitələr "Metadon 40” və "Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Zamin Hüseynov narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zamin Hüseynov istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB