Lənkəranda klub rəhbərliyinin istefası tələbiylə aksiya keçirildi

Lənkəranda klub rəhbərliyinin istefası tələbiylə aksiya keçirildi
İDMAN
00:55 27.07.2013
1757
Ötən gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Xəzər Lənkəran"ın doğma meydanda "Makkabi"yə 0:8 hesabı ilə uduzmasından sonra klub rəhbərliyini istefaya çağıran azarkeşlər bu gün nümayiş keçiriblər.
Fanatlar sosial şəbəkələrdə Lənkəran şəhər stadionunun önündə toplanacaqları barədə məlumat yayıblar. "Xəzər Lənkəran" azarkeşləri hər kəsi bu axşam saat 20:00-da "Fırtınalar Meydanı"nın önündə olmağa çağırıb. "FutbolPress"in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 100-dən çox azarkeş Sütəmurdov körpüsündən stadiona doğru irəliləyərkən polis və mülki geyimli şəxslərin təzyiqilə üzləşiblər. Yaranmış qarşıdurma zamanı bəzi tərəfdarlar döyülüb, bir neçəsi polis bölməsinə aparılıb. Əməkdaşımızdan bura qədər məlumat almışıq. Bir qədər öncə isə sosial şəbəklərdə məlumat yayılıb ki, tutulanlar arasında əməkdaşımız Elvin Cəbiyev də var.
"FutbolPress"in əməkdaşı Elvin Cəbiyev başına gələnləri danışdı: "Polislər və mülki geyimli şəxslər körpünün yanından stadiona tərəf irəliləyən azarkeşləri oradan uzaqlaşdırmaq istəyirdilər. Həmin vaxt mənim press-kartım qırıldı, çaya düşdü. Sonra şəkil çəkəndə iki polis məni tutudu. Bunlardan qurtulmaq istəyəndə, başqa bir mülki geyimli şəxs də gəldi, məni maşına basdılar. Digər tutulanları vururdular. Adını bilmədiyim həmin mülki geyimli dedi ki, biz elə bu işlərə baxırıq, sonra oturdu sifətim üstünə. Başım dəmirə dəyirdi, qışqırırdım, buraxmırdı. Belə edəcəyik, sizi elə edəcəyik deyirdi. Bölmədə rəsi əvvəlcə dedi ki, sizə 15 sutka verəcəyik. Daha sonra mənə qayıtdılar ki, burdan çıxanda nəsə yazmayacağına söz ver, yoxsa tutulan digər azarkeşləri buraxmayacağıq. Dedim ki, mənə görə bu azarkeşləri saxlamayın, narahat olmayın, heç nə yazmayacam. Təxminən bir saat orda qaldıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
12:14 24.09.2025
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
11:53 24.09.2025
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
11:46 24.09.2025
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
11:44 24.09.2025
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
11:43 24.09.2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
11:33 24.09.2025
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
11:30 24.09.2025
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
Kreml Trampa cavab verib: Rusiya ayıdır
11:25 24.09.2025
Kreml Trampa cavab verib: Rusiya ayıdır
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
10:59 24.09.2025
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
10:41 24.09.2025
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
10:40 24.09.2025
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
10:37 24.09.2025
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
10:22 24.09.2025
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
10:21 24.09.2025
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
09:54 24.09.2025
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı
09:39 24.09.2025
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı