Lənkəranda rüşvət parolu: "Allah əvəzini versin"

SOSİAL
13:22 18.05.2016
1499
Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyevin rayon təhsilindəki acınacaqlı durumla bağlı saytımızın elektron ünvanına göndərdiyi yazıda şok faktlar açıqlanır.
Bu faktları oxuduqca təhsilin acınacaqlı durumu haqda təsəvvür yaranır. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
"Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 15-də keçirdiyi iclasında rüşvət və korrupsiya məsələsinə bir daha toxundu. Ölkə başçısı bildirdi ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək: "Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik”.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov isə hər məktəbdən aylıq 300-500 manat haqq toplayır….. Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır. Müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimlərin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar.
Hər ay şöbənin müdir müavini Güloğlan Bağırov üçün irili – xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 – 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə 92 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir.
Müdir müavini üçün rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 – 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə "halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə "Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir.
Bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır. Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 – 50 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi.
Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili – xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 – 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınmışlar Kənd müəllimi Rövşən Əliyev deyir ki, Lənkəran rayonun təhsil şöbəsində maliyyə yoxlaması gedir:
"Lənkəranda müəllimlərin hamısından pul yığırlar. Normalda 20 manat alırlar. Eləsi var ki, ondan 70 manat alırlar. Yoxlama aparırlar. Guya 60 min əskik çıxıb. Məktəblərin direktorlarından tələb edirlər, direktorlar da müəllimlərdən yığırlar. Kənd məktəblərindən 2 min, şəhər məktəblərindən 10-15 min…”
Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır. Lənkəran ŞTŞ-nin 4-saylı məkəbində baş tutan attestat alveri valideynlərə 500 manata başa gəldi. Rayon rəhbərlərinin adını hallandıran Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov kimə güvənir? 12-13-14 may 3(üc) gün davam edən bu imtahan hətta bəzi valideynlərə 800 yuz manata başa gəldi. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba,1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb. Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət göstərir. Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov ücün attestatlara görə 500 manat pulu orta məktəblərinin direktorları yıgır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"