Lənkəranda ötmə qaydasını pozan sürücü qəza törədib

Lənkəranda ötmə qaydasını pozan sürücü qəza törədib
SOSİAL
21:04 09.09.2018
3665
Lənkəran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM Report-a istinadən bildirir ki, Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən hissəsində ötmə qaydasını pozan sürücü qəzaya səbəb olub.

Nəticədə 1975 -ci il təvəllüdlü Liman şəhər sakini Əli Əsgərov döş qəfəsinin sol yan tərəfdən sınığı, 1986-cı il təvəllüdlü Liman şəhər sakini Tohid Quliyev isə sol körpücük sümüyünün sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 
Şahidlərin bildirməsinə görə, "Mercedes" markalı avtomobil qəza şəraiti yaradıb. Qəzadan qaçmaq istəyən digər iki avtomobil bir-biri ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR