Lənkəranda yanacaqdoldurma məntəqəsinə silahlı basqın — VİDEO

KRİMİNAL
01:12 11.02.2015
2393

Lənkəran polisi quldurluq yolu ilə yanacaqdoldurma məntəqələrini soyan iki şəxsi yaxalayıb.

AZXEBER.COM CTV-yə istinadən xəbər verir ki, saxlanılarkən onlardan soyğunçuluq zamanı istifadə olunan silah və həmçinin narkotik maddə də götürülüb. Quldurluq anı isə təhlükəsizlik kameralarında anbaan qeydə alınıb. Aparılan istintaq zamanı məlum olub ki, Lənkəran rayonunun yuxarı Nüvədi kənd sakinləri 1981 ci il təvəllüdlü Əkbərov Seymur Xeyrulla oğlu,1986-cı il təvəllüdlü Mürşüdov Elvin Sakit oğlu rayonun Parakənd və Kosalar kəndindəki yanacaqdoldurma məntəqələrini gecə saatlarında silah tətbiq etməklə qarət ediblər. Üzlərinə maska taxaraq yanacaqdoldurma məntəqələrinin gözətçi otağına soxulan şəxlərin əməlləri isə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Özləri isə həmin vaxt içkili olduqlarından hadisəni yaxşı xatırlamadıqlarını deyirlər. onlar saxlanılarkən soyğun zamani istifadə etdikləri bir ədəd tüfəng, patron və maskalar da maddi sübut kimi götürülüb. Saxlanılan zaman həmçinin onların üzərindən narkotik maddə olan qurudulmuş marixuana da aşkar edilərək götürülüb. Hazırda hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR