Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO
HADİSƏ
13:46 24.03.2026
261
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədli idarə etdiyi "Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib.
 
Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar.
 
Xəsarət alanlar deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

 


 

OXŞAR XƏBƏRLƏR