Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi

SOSİAL
22:08 23.07.2019
4847
Lənkəranda baş vermiş ağır qəzanın detalları bəlli olub.

Hadisə sürücü Vüsal Əzizovun idarəetməni itirməsi nəticəsində olub.

Maşın aşaraq Astara rayonunun Ərçivan qəsəbə sakinlərini xəstəxanalıq edib.

Sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən 69 yaşlı Cəmilə Məmmədova və 29 yaşlı Nigar Əzizova travmatik şok vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

71 yaşlı Azadə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR