Lənkəranın “Nənələr” mahnı və rəqs kollektivi dünya şöhrətli amerikalı müğənni Rihannanın "We found love" mahnısına müraciət ediblər.AZXEBER.COM-un məlumatına görə, bu maraqlı hadisə ANS TV-nin "Bizimkilər 2.0" layihəsində baş verib.Pop-ulduzun 2012-ci ilin məşhur hiti "We found love" üzərində hazırlanmış musiqi nömrəsi olduqca maraqlı alınıb. Lənkəranlı nənələrin ifası ilə səslənən kompozisiyanı Rihannanı sözügedən mahnıya çəkdirdiyi klipdə baş verənlərə münasibət kimi qəbul etmək daha düzgün olardı.Qeyd edək ki, 31 dekabr - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə təqdim edilən “Bizimkilər 2.0” layihəsində uzun illər bütün dünyada məşhur olan hit mahnılar musiqi alətlərimizin və muğam ifaçılarının köməyi ilə milli, həmçinin müasir improvizasiyada yenidən ifa edilərək tamaşaçıların ixtiyarına verilib. İnstrumental aranjımanda ifa olunan məşhur hitləri Azərbaycan incəsənətində xüsusi yeri olan şəxslər ifa edib."Bizimkilər 2.0" layihəsinin ideya müəllifi və rəhbəri Seyfulla Mustafayev, musiqi rəhbəri və aranjimanı Yaşar Baxış, Elçin Əhmədov, rejissoru Yaşar Əliyev, prodüsserləri isə Aynur Hüseynova və Nadirə Məmmədovadır.Bizimkilər 2 / Rihanna - "We found love"
Rihanna - "We Found Love"