Lənkəranskinin qisasını alacaqlar - Avtoritetlər birləşdi

Lənkəranskinin qisasını alacaqlar - Avtoritetlər birləşdi
SOSİAL
03:17 24.09.2016
20265
Berlində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) düşmənlərinə qarşı türk və çeçen mafia klanları birləşib.
 
Bu barədə kriminal aləmə yaxın olan mənbə məlumat verib. Klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (Şeyx Həmzət) təşəbbüsü ilə baş verib. Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Türk və çeçen mafioz klanları 2013-cü il yanvarın 13-də öldürülmüş Aslan Usoyanın (Ded Xasan) klanına qarşı birləşib.
 
 Bülənt Bafralı (solda) və Şeyx Həmzət
 
Mənbə, həmçinin qeyd edib ki, Rövşən Lənkəranskinin Ded Xasanın adamları ilə düşmən münasibətlərinə baxmayaraq, birincinin qətlini öz həmvətənləri - azərbaycanlılar həyata keçiriblər. Xatırladaq ki, avqustun 17-dən 18-nə keçən gecə İstanbulda Barbarossa bulvarında Canıyevə hücum edilib. İki killer avtomat silahdan, içərisində Rövşən Canıyevin olduğu "Range Rover" markalı avtomobil işıqforda dayananda, ona atəş açıb. Canıyev və sürücüsü çoxsaylı güllə yarası alıb və bir müddət sonra hər ikisi keçinib. Ümumilikdə isə mafioz klanlar arasında mübarizə iri gəlir uğrunda - Rusiya ərzaq bazarı və ticarət obyektləri uğrunda gedib. Rövşən Lənkəranski də bu müharibənin qurbanı olub. Qeyd edək ki, Bülənt Bafralı əvvəllər qəsdən adam öldürmə, adam oğurluğu, silah satmaq və "reket" ittihamı ilə məsuliyyətə cəlb olunub. Sedat Şahin isə 2014-cü ilin dekabrında öldürülmüş İstanbul mafiyasının "xaç atası" Vedat Şahinin qardaşıdır və kriminal aləmdə qardaşından az nüfuza malik deyil. Mənbənin qeyd etdiyinə görə, Almaniyada onlar özlərini rahat hiss edurlər və polislə problemləri yoxdur. (sputnik.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama