İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib
Bu barədə agentliyə mötəbər mənbədən məlumat daxil olub
Məlumata görə, Hacı Beyləqanski Qoca Bakinski ləqəbli Əlibala Həmidovun qətlində ittiham olunurdu: "Hacı Beyləqanski Rövşən Lənkəranskinin sağ əli sayılırdı. Rövşən öldürülən gün də onun yanında olmuşdu. Mərhumun cənazəsini Azərbaycana da o müşayiət etməliydi. Amma İstanbul polisi onu aeroportdaca həbs etmişdi” - deyə məlumatda bildirilir.
///Lent.az