Ölənlərin 'facebook' səhifəsi qapadılacaq

MARAQLI
14:21 31.05.2012
2482
Dünyada facebook sosial şəbəkəsindən yüz milyonlarla insan istifadə edir. Son illərdə bu şəbəkə Azərbaycanda da populyardır. Bəzən facebookda rastımıza dünyasını dəyişmiş insanların da profilləri çıxır. Hətta bəzi sosial şəbəkə istifadəçisi onun dünyasını dəyişdiyini bilmir, ölümündən sonra ad günündə onu təbrik edir, cansağlığı arzulayır. (Facebook istifadəçisi olmayanlar üçün deyək ki, sosial şəbəkədə üzvlərini doğum günü haqda xəbərdarlıq olur-red.) İnternetdə digital izlərin digər şəxslər tərəfindən silinməsi qeyri-mümkündür. Bu üzdən facebookda həyatını itirən istifadəçilər burada “yaşamağa” davam edirlər. Onların dostluğunda olan şəxslər facebook divarında müxtəlif paylaşmalar edir, fikirlərini bölüşürlər. Azərbaycanda da dünyasını dəyişmiş şəxslərin facebook hesabları durur. Bu sırada tanınmış insanlardan Rafiq Tağının, Şahin Ağabəylinin, Ceyhun Nağının, Elçin Səlcuqun, Anar Məmmədxanovun profillərini misal göstərmək olar. Onların bir qisminin səhifələrinə ümumi bir baxış keçirdik. İlk olaraq qətlə yetirilən tanınmış yazıçı-publisist Rafiq Tağının səhifəsini ziyarət etdik. Mərhumun facebook səhifəsinin divarında demək olar ki, hər gün müxtəlif paylaşmalar edilir. Sonuncu paylaşım isə mayın 22-də “Krabakhinfo.com” saytının şef redaktoru Zaur Qəriboğlu tərəfindən edilib. O, Rafiq Tağı ilə bağlı bir xatirəni paylaşıb. Zaur Qəriboğlu ilə yanaşı, R.Tağının dostluğunda olan övladı Asiman Tağı, Ramin Deko və başqaları da müxtəlif paylaşmalar edib, əsasən onun yoxluğundan bəhs edən statuslar yazırlar. “Milli Yol” qəzetinin baş redaktoru olmuş mərhum Şahin Ağabəylinin facebook səhifəsinin divarında sonuncu paylaşım mayın 8-də Ramin Deko tərəfindən edilib. Digərlərinin də facebook səhifələrində müxtəlif paylaşmalar var.Facebook ölənlərin səhifələrinin bağlanması ilə əlaqədar bir qərar verib. Facebook bundan belə vəfat edən istifadəçilərin profilinə, “Xatirələrimizdə” mənasını verən “Memorialise” yazısını yazacaq. “Shiftdelete.net” saytının xəbərinə görə, istifadəçinin xüsusi məlumatları da saytdan silinəcək. Bu “Memorialise” yazısını isə yalnız ölən şəxsin dostluğunda olanlar görə biləcək və profil açıq olsa belə, orada paylaşmalar etmək mümkün olmayacaq. Lakin adamın divarına yazılar yazıla biləcək.
OXŞAR XƏBƏRLƏR