Leonardo DiKaprio və Kevin Kostner birlikdə seriala çəkiləcək

Leonardo DiKaprio və Kevin Kostner birlikdə seriala çəkiləcək
MAQAZİN
14:21 19.11.2025
97
Leonardo DiKaprio və Kevin Kostner BMT missiyaları haqqında çəkiləcək serialda roil alacaqlar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, layihə BMT-nin 1990-cı illərin sonlarında Şərqi Timordakı fəaliyyətinə yönələcək və təşkilatın özünün birbaşa iştirakı ilə hazırlanacaq.
 
Daxili mənbələrin məlumatına görə, Kevin Kostner ABŞ-ın 42-ci prezidenti Bill Klinton rolu üçün nəzərdən keçirilir.
 
"Sülhməramlı" filmindəki rolu ilə tanınan aktyor Çukudi İvuji də BMT-nin Baş katibi Kofi Annan vəzifəsinə namizəddir.

Serialın ssenarisi və rejissorluğu "Hannibalın Oyunu" trillerinin yaradıcısı Devid Reymonda həvalə olunub.

Layihə, dünyanın müxtəlif yerlərindəki BMT işçilərinin qəhrəmanlıq və fədakarlıqlarının real hekayələrinə əsaslanan çoxhissəli bir seriya kimi düşünülmüşdür.
 
Aysel
OXŞAR XƏBƏRLƏR