Lerikdə ağacları kəsən şəxs cəzalandırıldı

SOSİAL
20:18 13.10.2021
112
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyini müəyyən edib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZXEBER.COM-a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib.

OXŞAR XƏBƏRLƏR