Lerikdə avtomobil dumanlı havada dərəyə yuvarlanıb - VİDEO

Lerikdə avtomobil dumanlı havada dərəyə yuvarlanıb - VİDEO
SOSİAL
10:02 23.10.2022
281

Lerikdə avtomobil dərəyə aşıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir hadisə gecə saatlarında Lənkəran-Lerik yolunun 28 km baş verib.

Belə ki, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseyn Ataxan oğlu Məmmədli idarə etdiyi "Opel Astra" markalı avtomobillə təqribən 80-100 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilərin köməyi ilə sürücü deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılaraq, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, sürücü Lerik rayonuna, kəndlərin birinə dərman çatdırmalı idi. İlkin versiyaya görə yolun dumanlı, yağışlı olması avtomobilin sürüşərək dərəyə düşməsinə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 




 

OXŞAR XƏBƏRLƏR