Lerikdə güclü çovğun müşahidə edilir.
Axşam saatlarından güclü külək çovğunla əvəzlənib.
Lerik-Zuvand yolunda avtomaşınların hərəkətində maneələr yaranıb. Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.
Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.
///APA