Lerikdə dağ uçqunu - 150-dən çox avtomobil yolda qaldı

Lerikdə dağ uçqunu - 150-dən çox avtomobil yolda qaldı
SOSİAL
12:52 28.10.2016
1030
Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib. 

Hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində "Dağlar qapısı" deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb. 

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur. 
///"Report
OXŞAR XƏBƏRLƏR