Lerikdə maşın dərəyə aşdı - Xəsarət alan var

Lerikdə maşın dərəyə aşdı - Xəsarət alan var
SOSİAL
17:50 13.07.2018
7393
Lerik rayonunda avtomobil dərəyə aşıb.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə  ucqar dağ kəndi olan Kirəvud  ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı  avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Yaralıya Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR