Lerikdə 3 uşaq anasını öldürən mollaya cinayət işi açıldı

Lerikdə 3 uşaq anasını öldürən mollaya cinayət işi açıldı
SOSİAL
10:42 03.05.2021
330
Lerik rayonun Barzavu kəndində üç uşaq anasını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. 

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 28-də saat 16:00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar həqiqəti əks etdirmir. Onun övladlarından heç biri Vətən müharibəsi zamanı heç bir əməliyyatda iştirak etməyib. Oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında "N” saylı hərbi hissədə xidmətini davam etdirir.
OXŞAR XƏBƏRLƏR