Lerikdə vəzifəli şəxsin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlandı

Lerikdə vəzifəli şəxsin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlandı
SOSİAL
11:07 24.04.2020
1186
Lerik Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lerik rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Qalib Quliyev ötən gün saat 12 radələrində ov tüfəngi ilə özünü güllələyib. Onun meyiti evinin yaxınlığında tapılıb. 
OXŞAR XƏBƏRLƏR