Lerikdə xizəklə sürüşən uşaq inəklə toqquşub öldü

Lerikdə xizəklə sürüşən uşaq inəklə toqquşub öldü
SOSİAL
20:17 14.12.2017
1344
Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.
 
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.
 
Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.
 
Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR