“Lester” baş məşqçisini qovdu

“Lester” baş məşqçisini qovdu
DÜNYA
22:36 02.04.2023
251

Şimali irlandiyalı mütəxəssis Brendan Rocers "Lester”in baş məşqçisi vəzifəsini tərk edib.

Bu barədə ingilis komandasının mətbuat xidməti məlumat yayıb.

49 yaşlı Rocers 2019-cu ilin fevralında "Lester”in başına keçib. Məşqçi buna qədər "Seltik”, "Liverpul”, "Suonsi” və digər klublara rəhbərlik edib.

Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və Superkuboku qazanıb. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, "Lester” İngiltərə Premyer Liqasında 28 oyunda 25 xal toplayıb və turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR