"Lester" İngiltərə çempionatında rekorda imza atıb

İDMAN
19:35 30.04.2024
241
İngiltərə Çempionşipində cari mövsümün başa çatmasına bir tur qalmış 97 xalla çempionluğu təmin edən "Lester” komandası rekorda imza atıb.

"Tülkülər” 8-ci dəfə aşağı liqanın qalibi olmaqla, daha əvvəl 7 dəfə bu uğuru qazanan "Mançester Siti”ni üstələyiblər.

Çempionşip tarixində "Norviç”, "Sanderlend” və "Şeffild Uensdey” isə hərəyə 5 dəfə çempionluq sevinci yaşayıblar.

Qeyd edək ki, "Lester” 1 illik fasilədən sonra Premyer Liqaya vəsiqə qazanıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR