"Lester" tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

"Lester" tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı
İDMAN
22:23 15.05.2021
485
"Lester" komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

AZXEBER.COM-un məlumatına görə, "tülkülər" Londondakı "Uembli" stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester" İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda "tülkülər" məğlubiyyətlə üzləşiblər.
OXŞAR XƏBƏRLƏR