Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nicat Cəfərzadə "Öz aramızda" verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, sənətçi ilk həyat yoldaşı, tanınmış aparıcı Lətafət Ələkbərova haqda bəzi açıqlamalar edib.
O, keçmiş həyat yoldaşının birgə nigahdan dünyaya gələn qızlarına boşanmadan sonra atası ilə görüşməyə 13 il icazə vermədiyini, qızı 16 yaşına çatdıqdan sonra öz istəyi ilə atası ilə görüşdüyünü açıqlayıb:
"Lətafət 13 il mənə qızımı görməyə icazə verməyib. O qədər xoşagəlməz söhbətlər oldu ki, mən özüm də buna cəhd etmədim. O hər yerdə çıxıb danışırdı, amma mən susmuşam. Zamanın axarına buraxmışdım. 16 yaşı olanda qızım Rəna özü mənimlə görüşmək istədi. İndi görüşürük, ünsiyyətimiz var. Hər şey yaxşıdır. Böyüyüb, hər şeyi başa düşür. Yaşadığımız problemlərin onunla bir əlaqəsi yoxdur. Bir-birimizi çox istəyirik".
Aysel









































