Lətifə: "Küçə heyvanlarına kömək edin!"

Lətifə: "Küçə heyvanlarına kömək edin!"
MAQAZİN
10:41 25.03.2025
151
Müğənni Lətifə Soyuöz sosial media hesabından çağırış edib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi küçə heyvanlarına kömək üçün izləyicilərinə səslənib.
 
O, insanları heyvanlara qarşı duyarlı olmağa çağırıb:
 
"Xeyirxahlıq kiçik addımlardan başlayır. Küçə heyvanlarına kömək edin! Küçələrdə yaşayan bir çox heyvan qayğımıza ehtiyac duyur. Onlar öz ehtiyaclarını deyə bilməzlər, amma biz mərhəmət göstərə bilərik. İmkanınız varsa, yemək və suyu təhlükəsiz yerlərdə qoyun. Hətta bir az yemək və ya təmiz su bir canlının həyatını xilas edə bilər. Küçə heyvanları qışda soyuqdan, yayda istidən əziyyət çəkirlər - onlara kölgədə köhnə bir qutu və ya sığınacaq qoyun.
 
Yaralı və ya xəstə heyvanları heç vaxt görməzdən gəlməyin - yerli sığınacaqlara və ya könüllülərə zəng edin. Hər bir xeyirxah əməl dünyanı daha yaxşı edir. Yardıma ehtiyacı olanları qoruyun".
 
Aysel

OXŞAR XƏBƏRLƏR