Levandovski Premyer Liqanı tənqid etdi

Levandovski Premyer Liqanı tənqid etdi
İDMAN
13:40 17.09.2025
194
"Barselona”nın hücumçusu Robert Levandovski Premyer Liqadakı transfer siyasətini tənqid edib.

AZXEBER.COM xəbər verir ki, polyak forvard "Times Sport”a açıqlamasında İngiltərədə gənc futbolçulara həddindən artıq pul xərcləndiyini deyib:

"Premyer Liqada çox pul xərcləyirlər. Görürsünüz ki, bəzən futbolçular cəmi 6 ayda 10 qol vurur, sonra da kimsə ona görə 60-70 milyon ödəyir. Halbuki əvvəlcə nəsə qazanmaq lazım idi. İndi isə bir mövsüm belə yaxşı çıxış etməyən oyunçulara böyük məbləğlər sərf olunur. Amma ödənilən qiymət həqiqətən keyfiyyət gətirirmi – onu heç vaxt bilmək olmur”.
OXŞAR XƏBƏRLƏR