Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan etmişdi

Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan etmişdi
SİYASƏT
21:49 03.03.2025
202
Ermənistanın baş naziri bizə kiminləsə danışmağı, kiminləsə təmasda olmağı qadağan etmişdi.

AZXEBER.COM xəbər verir ki, bunu bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində Qarabağdakı "qondarma respublikanın" "müdafiə naziri" olmuş Levon Mnatsakanyan deyib.

O, Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib:

"Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqə olmayıb. Ailə, başqa digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə hansısa təmaslar qurmaq qadağan olunmuşdu”.
OXŞAR XƏBƏRLƏR